ABŞ Azərbaycanın bu addımını alqışladı

“Azərbaycanın 17 erməni hərbi qulluqçunu təhvil verməsini alqışlayırıq”.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan öz rəsmi tviter hesabında yazıb.

 

“ABŞ dayanıqlı sülh sazişinin əldə olunmasına dair səyləri dəstəkləməyə davam edir”, – deyə Sallivan qeyd edib. 

Xatırladaq ki, oktyabrın 4-ü Azərbaycan 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 hərbçini qarşı tərəfə təhvil verib.

Mənbə

Share: