Saakaşvilidən zorla ifadə almaq istədilər

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin məhkəməsi təxirə salınıb.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə onun vəkili Şota Tutberidze məlumat verib.

 

Vəkilin sözlərinə görə, buna səbəb Saakaşvilinin səhhətinin pisləşməsidir.

 

“Məhkəmə Tbilisidə Saakaşvilinin müalicə aldığı “Vivamed” klinikasında baş tutmalı idi. Bu gün məhkəmə və prokurorluq nümayəndələri heç bir xəbərdarlıq etmədən Mixail Saakaşvilinin yaxınlığındakı xəstəxanada ondan ifadə almağa cəhd ediblər. Bu qanunsuz hərəkətlərə görə yataqda olan Saakaşvilinin səhhəti pisləşib. Həkimlər təcili müdaxilə edib”.

 

Prokuror Levan Vepxvadze bəyan edib ki, Saakaşvili məhkəmədə ifadə verməkdən imtina edib, lakin proses oktyabrın 19-da davam edəcək.

Mənbə

Share: