Aparıcı Jalə Həsənliyə vəzifə verilib.
Modern.az xəbər verir ki, o, “İdrak” liseyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri təyin olunub.
Qeyd edək ki, J. Həsənli uzun illər ATV və İTV telekanallarında çalışıb. Aparıcı bu ilin avqustunda İTV-dəki işindən ayrıldığını açıqlayıb.