Beynəlxalq təzyiqlərdən sonra Ermənistan tərəfi minalarla bağlı xəritə təqdim etsə də onun 25 faizi dəqiqdir, 75 faiz isə istifadəyə yararsızdır.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı ANAMA-nın İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.
S.Poladov qeyd edib ki, əslində bizə təqdim edilənlər xəritə də deyil, erməni hərbçilərinin qeydə aldığı rəqəmlərdi və qeyri-dəqiqdir:
“Son iki il ərzində mina partlayışlarında çoxsaylı itkilər olub. 390709 ədəd piyada və tank əleyhinə minalar və partlamamış sursatlarla bağlı məlumat var. Amma bu da tam dəqiq deyil. 2020-ci ilin noyabrın 10-dan bu günə qədər 257 mina qurbanı olub, 44 nəfər həlak olub, 213 nəfər xəsarət alıb. İndiyədək 54 841 hektar ərazi təmizlənib. 2 575 piyada əleyhinə, 12 547 tank əleyhinə mina tapılıb. 2022-ci il üçün plan 40000 hektardır. Hansı ki bunun 8 min hektarı yaşayış ərazisidir. Lakin məqsədimiz əlavə xarici resurslar da cəlb edərək illik planı inkişaf etdirmək və minalardan təmizlənəcək ərazini 65 min hektara çatdırmaqdır”.