Diaspor Ermənistana necə kömək edəcəyini bilmir

Erməni diasporu bu gün öz potensialının yalnız 1/1000-ni tarixi vətənə kömək etmək üçün istifadə edir.

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə tanınmış biotexnoloq, “Avrora” humanitar təşəbbüsünün həmtəsisçisi, erməni əsilli amerikalı biznesmen Nubar Afeyan bildirib.


İrəvanda keçirilən Qlobal İnnovasiya Forumuna qatılan Afeyan deyib ki, Ermənistanla bağlı diasporda informasiya vakuumu mövcuddur.

“Kaliforniya və digər ştatlarda ermənilər nə edəcəklərini, Ermənistana necə kömək edəcəklərini bilmirlər. Biz özümüzü uzaq, yad hiss edirik. Bu, çox ağrılı hissdir, hesab edirəm ki, Ermənistan və diaspor arasında əlaqələri gücləndirmək üçün vasitə, güc və resurslar tapmaq lazımdır”, – Afeyan vurğulayıb.


İş adamı təəssüflə qeyd edib ki, koordinasiyanın gücləndirilməsi vəzifəsi Ermənistanın və ya diasporun prioritetləri arasında heç 10-cu yerdə də deyil. İcmalar da ümumi məqsədlər ətrafında kifayət qədər birləşməyiblər.


Digər tərəfdən, Ermənistan hakimiyyətinin özü də diaspora işini apara bilməsi dəqiq fəaliyyət proqramı vermir.


N.Afeyan əmindir ki, Ermənistan və diaspor bir məqsəd və siyasət ətrafında birləşərsə, vəziyyət dəyişəcək.


O, həmçinin deyib ki, indi Azərbaycandan ola biləcək yeni təcavüzün qarşısını almaq üçün nəhəng təşkilati resurslar tətbiq etmək, Ermənistan xalqının 100 ildən sonra yeni “soyqırımı” təhlükəsi ilə üzləşdiyini dünyaya çatdırmaq lazımdır.

 

İş adamı İsrailin keçmiş baş naziri ilə BMT-də bu yaxınlarda keçirdiyi görüşdən də danışıb, onunla Ermənistanın üzləşdiyi ekzistensial təhlükə barədə müzakirə aparmaq imkanı əldə edib.

 

“Mən keçmiş baş nazirə sadə bir sual verdim ki, soyqırımından sağ çıxmış xalqın nümayəndəsi kimi o, İsrailin hazırkı hakimiyyətinin Azərbaycana yardım etməsinə necə münasibət bəsləyir?

Mənə deyirlər ki, üzr istəyirik, amma bu, iqtisadi baxımdan sərfəlidir. Mən ona cavab verdim ki, eyni maraqlar 70 il əvvəl onların soyqırımına (Holokost-red.) gətirib çıxarıb. Bu gün dünya maraqları rəhbər tutur, Ermənistan isə təəssüf ki, dünya üçün xüsusi maraq kəsb etmir”, – deyə Afeyan əlavə edib.

N.Afeyan bu gün dünyanın Ermənistana müəyyən dəstək verməkdə olduğu da qeyd edib.

“Bir iş adamı baxımından bu, iki mümkün amillə bağlıdır. Ya müəyyən maraq yaranıb, ya da yardım göstərən ölkələrin səlahiyyətliləri öz vətəndaşlarının reaksiyasından qorxurlar”.

Mənbə

Share: