UEFA Mahir Emrelini cəzalandırdı

FIFA milli komandamızın üzvü Mahir Emrelini cəzalandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Emrelinin sabiq klubu olan Polşa “Legiya”sının hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski özünün rəsmi tviter səhifəsində paylaşım edib.

 

Məlumata görə, forvard Varşava təmsilçisi qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün diskvalifikasiya olunub.

 

Həmçinin FİFA Futbol Tribunalı Emrelinin “Legiay”ya 100 min avrodan çox pul qaytarmalı olduğunu açıqlayıb.

Mənbə

Share: