Lavrov ABŞ-a ciddi xəbərdarlıq etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Vahid Rusiya” partiyasının iclasında iştirak edib.

 

Modern.az xəbər verir ki, Lavrov iclasda çıxışı zamanı ABŞ və müttəfiqlərini Ukraynadakı vəziyyətə müdaxilə etməməyə çağırıb.

 

Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin “NATO Rusiyaya qarşı qabaqlayıcı hücum həyata keçirməlidir” açıqlamasını təxribat kimi qiymətləndirib: “Əslində bu, Kiyev rejimindən gələn təhdidlərin daha bir sübutudur. Xüsusi hərbi əməliyyat, məhz bu təhlükələri aradan qaldırmaq üçün işə salınıb”.

 

XİN başçısının sözlərinə görə, ABŞ nüvə silahı məsələsindən istifadə edərək bütün dünyanı qorxutmağa çalışır:

 

“Vaşinqton Rusiyanın hərbi doktrinalarının dəyişməz olduğunu bildiyi halda mövqeyimizi təhrif edərək beynəlxalq ictimaiyyəti qorxutmaq və sağlam düşüncəli dövlətləri Kiyevi bütün sahələrdə dəstəkləməyə məcbur etmək istəyir”.

 

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinin nüvə xəbərdarlığının ciddi olduğunu deyib. Onun sözlərinə görə, Putin zarafat etmir, Rusiya hər an nüvə silahına əl ata bilər.

Mənbə

Share: