“Brent” nefti 4 dollar BAHALAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin dekabr müqaviləsinin dəyəri 3,71% və ya 3,5 dollar artaraq 1 barelə görə 97.92 dollara yüksəlib.

 

Modern.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 4,74% və ya 4,19 dollar artaraq 92.64 dollar təşkil edib.

Mənbə

Share: