Kseniya Sobçakın sürücüsü həbs edildi: İnsan ölümünə görə

Rusiyanın Soçi vilayətinin Adler Rayon Məhkəməsi jurnalist Kseniya Sobçakın sürücüsünü iki illik həbs cəzasına məhkum edib.

 

Oleq Soy adlı sürücüyə ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozduğuna görə iki il müddətinə həbs hökmü oxunub.

 

Bu barədə Krasnodar vilayəti məhkəmələrinin birgə mətbuat xidmətindən məlumat verilib.

 

O, həmçinin üç il müddətinə sürücülük hüququndan məhrum edilib.

 

Xatırladaq ki, Soçidə ölümlə nəticələnən qəza 2021-ci il oktyabrın 9-da baş verib. İçində Kseniya Sobçakın olduğu “Mercedes”in sürücüsü sürət həddini aşıb və nişanlara məhəl qoymayıb. Qarşıdan gələn zolağa çıxıb və “Volkswagen Polo” markalı avtomobillə toqquşub.

 

Qəza nəticəsində ikinci avtomobilin 35 yaşlı qadın sərnişini dünyasını dəyişib.

Mənbə

Share: