Vəkillər üçün növbəti icbari təlim keçirilib

Vəkillər üçün növbəti icbari təlim keçirilib.

Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyasının birgə əməkdaşlığı çərçivəsində 7 oktyabr 2022-ci il tarixində Vəkillər Kollegiyasının üzvləri üçün onlayn qaydada növbəti icbari təlim keçirilib.

“Qadınların ədalətə çıxışı” mövzusu üzrə təşkil edilmiş təlimdə vəkil Sevinc Əliyeva təlimçi qismində iştirak edib.

İxtisasartırma təlimində təlimçi tərəfindən qadınlara qarşı ayrıseçkiliyə yol verilməməsi, qadınların ədalət mühakiməsinə çıxışını çətinləşdirən maneələrin aradan qaldırılması, qadın hüquqlarının müdafiəsi üçün vasitələrin müzakirəsi və müəyyən edilməsi, müvafiq beynəlxalq təcrübənin bölüşməsi, qadınların ədliyyə sisteminə ədalətli və bərabər çıxışının təmin edilməsi, mühafizə orderinin verilməsi qaydası və s. məsələlər barədə müzakirələr aparılıb.

Təlimdə 35 vəkil iştirak edib.

Mənbə

Share: