Krım körpüsündə baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Ölənlərin partladılmış yük maşınının yaxınlığında olan minik avtomobilinin sərnişinləri olduğu ehtimal edilir.
“İki ölən şəxsin – kişi və qadının cəsədi artıq sudan çıxarılıb, onların şəxsiyyəti müəyyənləşdirilir”, – məlumatda deyilir.
Qeyd edək ki, bu gün səhər saatlarında Krım körpüsündə yanacaq çəni yanıb. Nəticədə körpüdə güclü partlayış olub. Körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.