Şarl Mişel Mərkəzi Asiyaya səfər edəcək

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Mərkəzi Asiya ölkələrinə səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə o tviterdə yazıb.

 

Mişel bildirib ki, oktyabrın 26-27-də Qazaxıstanın paytaxtı Astanaya gedəcək, orada prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək.

 

“Oktyabrın 28-də Özbəkistana səfər edəcəm və prezident Şavkat Mirziyoyevlə danışıqlar aparacam”, – Avropa İttifaqı Şurasının rəhbəri deyib.

 

Mişel qeyd edib ki, Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə əlaqələri dərinləşdirməyə və regiondaxili əməkdaşlığı dəstəkləməyə hazırdır.

Mənbə

Share: