Avropa İttifaqı Şurasının Prezidenti Mərkəzi Asiyaya səfər edəcək

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Mərkəzi Asiya ölkələrinə səfər edəcək.

 

Bunu o, tviterdə yazıb.

 

Ş.Mişel bildirib ki, oktyabrın 26-27-də Qazaxıstanın paytaxtı Astanaya gedəcək, ölkə Prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək.

 

“Oktyabrın 28-də isə Özbəkistana səfər edəcəyəm və Prezident Şavkat Mirziyoyevlə danışıqlar aparacağam”, – Avropa İttifaqı Şurasının rəhbəri vurğulayıb.

 

Ş.Mişel bildirib ki, Avropa İttifaqı Mərkəzi Asiya ölkələri ilə əlaqələri dərinləşdirməyə və regiondaxili əməkdaşlığı dəstəkləməyə hazırdır.

Mənbə

Share: