Bakı Dövlət Universitetinin (BDU) 4 tələbəsi suşidən zəhərlənib.
Modern.az APA-ya istinadən xəbər verir ki, 4 nəfərdən biri artıq evə buraxılıb.
Kliniki Tibbi Mərkəzdən verilən xəbərə görə, digər 3 nəfər müvafiq şöbəyə yerləşdirilib: “Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır”.
KTM-dən bildirilib ki, 3 nəfərin də sabah ambulator müalicə üçün evə buraxılması gözlənilir. Zəhərlənmə diaqnozu ilə gətirilən hər 4 tələbə qızdır və eyni fakültənin tələbələridir.
Özlərinin verdiyi məlumata görə onlar ötən gün yedikləri suşidən zəhərləniblər.