Yer şumlayırdı: otaq boyda məzar aşkarladı 

Yer şumlayırdı: otaq boyda məzar aşkarladı 

Türkiyədə kəndli yer şumlayarkən 2400 illik tarixə malik məzar tapıb.

 

Modern.az xəbər verir ki, 55 yaşlı Ahmet Baki Karabacak adlı şəxs Muğla vilayətinin Milas qəsəbəsində tarlasını əkinə hazırlayarkən traktoru qəribə və iri bir daşa ilişib.

 

O, daha sonra otaq böyüklüyündə katakomba məzar aşkarladığını anlayır.

 

Ahmet Baki Karabacak dərhal aidiyyatı orqanlara müraciət edir.

 

Hadisə yerinə gələn ekspedisiya qrupu tapılan məzarın təxminən 2400 illik olduğunu müəyyənləşdirirlər. Məzarın içərisində dövrün zinət və məişət əşyaları da tapılıb.

Mənbə

Share: