
Nizami rayonunda baş vermiş partlayış nəticəsində yaralanan 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlunun vəziyyəti ağırdır.
Modern.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilir ki, Toğrul Əliyev Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Ətraflı
Ad – 00:04
Onun bütün bədənin və tənəffüs yollarının III- IV dərəcəli yanığı ilə vəziyyəti ağır olaraq qiymətləndirilir.
Bundan başqa, hadisə yerindəki həkim briqadaları tərəfindən 2 nəfərə (qadın) hipertenziya və stressə qarşı kəskin reaksiya diaqnozu ilə yerində zəruri ilkin tibbi yardım göstərilib.


