Avstriyada seçkilər – Hazırkı prezident daha 6 il ölkəyə rəhbərlik edəcək 

Avstriyada seçkilər – Hazırkı prezident daha 6 il ölkəyə rəhbərlik edəcək 

Avstriya prezidenti Aleksandrr Van der Bellen 50%-dən çox səs toplayıb və ikinci müddətə yenidən seçilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” “exit-poll”lara istinadən məlumat verir

 

SORA adlı təşkilatın sorğusu göstərir ki, Van der Bellen 54,6% səs toplayıb.

 

Onun rəqibi ifrat sağçı Azadlıq Partiyasının namizədi Valter Rosenkrantz 18,9% səs toplayıb. Prezident postu uğrunda daha beş namizəd mübarizə aparırdı.

 

Alexander Van der Bellen 2017-ci ildən prezident vəzifəsini icra edir.

 

Avstriya parlament respublikası olsa da, prezident xala tərəfindən seçilir. Prezident altı il müddətinə seçilir.

 

Akif İsmayılov 

Mənbə

Share: