![]()
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Fransadakı erməni diasporu Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması prosesinə qarşıdır.
Modern.az xəbər verir ki, bu barədə XİN başçısı Strasburqda türk icmasının nümayəndələri ilə görüşündə deyib.
Çavuşoğlu qeyd edib ki, bəzi diasporlar yaxşı münasibətlərin qurulmasına qarşıdırlar və düşmənçiliklərini davam etdirirlər.
Nazir Fransada yaşayan türkləri belə hallarla mübarizə aparmağa çağırıb.


