Gənc rejissor və operator vəfat edib

Gənc rejissor və operator vəfat edib

Rejissor və operator Namiq Kərimov 36 yaşında vəfat edib.

 

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, o, ötən gecə beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

 

N.Kərimov ölkənin Şimal-qərb bölgəsində istedadlı rejissor və operator kimi tanınıb.

 

O, Zaqatala şəhər Heydər Əliyev Mərkəzinin rejissoru olub.

 

1986-cı il təvəllüdlü Namiq Xəlil oğlu Kərimovun 2 azyaşlı övladı var.

Mənbə

Share: