
Belarus prezidenti Aleksandr Lukaşenko və Rusiya lideri Vladimir Putin birgə regional qoşun qrupunun yaradılması barədə razılığa gəliblər.
Modern.az BelTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus dövlətinin başçısı təhlükəsizlik məsələləri üzrə müşavirədə bildirib.
Aleksandr Lukaşenko xatırladıb ki, Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitindən sonra onun Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşü olub.
“Rusiya-Belarus İttifaqının qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar biz Rusiya Federasiyası və Belarus Respublikasının regional hərbi qruplaşmasının yaradılmasına razılaşdıq. Bütün bunlar bizim sənədlərimizə uyğundur. Əgər təhlükə səviyyəsi indiki səviyyəyə çatarsa, biz İttifaq dövlət qruplaşmasından istifadə etməyə başlayacağıq. Bu qrupun əsası Belarus Respublikasının ordusu, Silahlı Qüvvələridir. Sizə bildirməliyəm ki, bu qoşun qrupunun formalaşmasına başlanılıb. Proses artıq iki gündür ki, davam edir. Mənə deyilib ki, bu qrupu formalaşdırmağa başlayaq”, – Belarus lideri bildirib.


