İranın Kirman əyalətində 4,4 bal gücündə zəlzələ baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ Kirman əyalətinin Ravər bölgəsində yerli vaxtla saat 11:38-də qeydə alınıb. İran Qırmızı Aypara Cəmiyyətinin komandaları zəlzələ baş verən bölgəyə ezam olunub. Hələlik zəlzələdə xəsarət alan və dəymiş ziyan barədə məlumat yoxdur.