Ermənistan və Azərbaycan münaqişənin sülh yolu ilə həlli üçün səylərini ikiqat artırmalıdır.
Modern.az xəvbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında qurumun sədri Tini Koks deyib.
O bildirib ki, Ermənistan və Azərbaycan arasında son gərginlik Avropa ictimaiyyətini çox narahat edib, çünki bu, hər iki tərəfdən itkilərlə nəticələnib. Koks hər iki tərəfi Cənubi Qafqazda milyonlarla insanın həyatı üçün ağır olan münaqişənin sülh yolu ilə həlli üçün səylərini ikiqat artırmağa çağırıb.
“Mən Ermənistan və Azərbaycan parlamentarilərini assambleyadan ən çətin məsələlərin müzakirəsi platforması kimi istifadə etməyə çağırıram. Biz fikir ayrılıqları ilə bağlı mövqeləri yaxınlaşdırmaq üçün real dialoqa başlamalıyıq. İndi deyilsə, onda nə vaxt?”, AŞPA sədri əlavə etdi.