Rusiya İran dronları ilə Ukrayna İES-i vurub

Rusiya ordusu “Shahed-136” kamikadze-dronları ilə Vinnitsa bölgəsindəki İstilik Elektrik Stansiyasına (İES) zərbələr endirib.

 

Bu barədə Vinnitsa Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Borzov öz “Telegram” səhifəsində məlumat verib.

 

“Hazırda bütün xidmətlər işləyir”, – deyə Sergey Borzov vurğulayıb.

 

S.Borzov Ukrayna vətəndaşlarına müraciət edərək hava hücumu zamanı təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.

Mənbə

Share: