Bakı və İrəvan sülh müqaviləsinin əsas bəndləri üzrə razılığa gəliblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin fundamental bəndləri üzrə razılıq əldə ediblər, indi onları həyata keçirmək qalır.


Modern.az xəbər verir ki, Çavuşoğlu bunu Tvnet-ə müsahibəsində deyib.

 

“Prinsial məqamlar üzrə razılıq əldə olunub – bunlardan 5-i var idi. Bura bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası və s. daxildir. Yalnız onları həyata keçirmək qalır”, – Çavuşoğlu  deyib.


Onun sözlərinə görə, Ankaranın İrəvanla münasibətləri normallaşdırma prosesi və Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə danışıqlar bir-birindən ayrı gedə bilməz.

 

“Biz bu barədə dəfələrlə danışmışıq”, – Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

 

Teleaparıcının bu Türkiyənin “qırmızı xəttidirmi” sualına Çavuşoğlu “bəli” deyə cavab verib.

 

Türkiyənin xarici işlər naziri onu da əlavə edib ki, prezident Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında Praqada keçirilən görüş müsbət keçib. Eyni zamanda, Çavuşoğlu qeyd edib ki, rəsmi İrəvan həm ölkə daxilində, həm də diaspor tərəfindən təzyiqlərə məruz qalır.

Mənbə

Share: