Bakıda turistlərin qaldığı mənzildən oğurluq edən qadın saxlanılıb

Əcnəbi turistlərin kirayədə yaşadıqları mənzildən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, Xətai RPİ 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 11-də iki nəfər əcnəbi turistin kirayədə yaşadıqları mənzildən 3000 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Qasımova saxlanılıb.

Share: