Zərdab rayonu Böyük Dəkkə kənd sakini Şəhid atası Abdullayev Rasim Tapdıq oğlu tərəfindən
ŞİKAYƏT
Mənim oğlum Nurlan 03 aprel 2016-cı il tarixdə şəhid olub. Nurlan ailəmizin yeganə oğlu idi. Gizir kimi hərbidə qalıb qulluq edirdi. Xüsusi təyinatlı kəşfiyyatçı idi. Zabit olmaq üçün oxuyurdu. Şəhid Nurlan hərbi xidmətdə nümunəvi xidmətdə fərqlənməyə görə dəfələrlə orden və medallarla təltif olunmuşdu. Oğlum Nurlan məlum 2016-cı ilin aprel döyüşlərində Talışkənddə qəhrəmancasına şəhid oldu. Özüm isə 1-ci Qarabağ müharibısində iştirak etmişəm, müharibə veteranıyam. Erməninin etdiyi vəhşiliyi təbii qarşılayırıq, çünki onlar bizim tarixi düşmənlərimizdir. Ancaq Zərdab rayon icra başçısı Mərdan Camalzadənin bizim ailəyə qarşı etdiyi insanlığa yaraşmayan hərəkətlər bizi çox sarsıtdı. Biz icra başçısı Mərdan Camalzadənin bu hərəkətlərini şəhid ruhuna təhqir hesab edirik.
Mənə təyin edilmiş 2-ci qrup əlilliyim qanunsuz olaraq dayandırldı. Buna görə işlə təmin olunmaq üçün həyat yoldaşım da, mən də Məşğulluq Mərkəzində qeydiyata alındıq. Ancaq hər dəfə tez bir zamanda işlə təmin olunacaqsınız deyə-deyə bir ildən çoxdur ki, bizi süründürməçliyə məruz qoyublar. Prezident cənab İlham Əliyevin xüsusi tapşırığı var ki, şəhid ailələri növbədən kənar işlə təmin olunmalıdırlar. Ancaq Zərdabda bu əksinədir, çünki rayonun yarıtmaz icra başçısı var.
Mərdan Camalzadə qəbul etməsi üçün İcra Hakimiyyətində olan zaman müavini Pərvin Mahmudova bizi qəbul etdi. Həmin vaxt mənimlə birlikdə qəbula qaynım 1-ci qrup Qarabağ müharibəsi əlili Qaraoğlan Mustafayev də getmişdi.
Həmin vaxt İcra başçısının müavini Pərvin Mahmudova öz otağına Şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Zinhar Bayramovu çağırdı. Zinhar Bayramov söhbət əsasında qaynımın bunun işinin adı nədir deməsindən bərk əsəbləşib “Çaqqal, mənə bax, mən döyüşmüşəm, mənim medallarım var” deyərək bizi söyüb təhqir etdi. Həttda üstümüzə hücum çəkib bizi döyməyə cəhd etsə də Pərvin Mahmudova buna imkan vermədi, bizi itələyib otaqdan çıxardı.
Beləcə təhqir olunub oradan qovulduq. Bu (burada yazılması mümkün olmayan təhqiramiz ifadələr olduğundan silinib. – red) isə icra başçısı Mərdan Camalzadə qəsdən təşkil etmişdi. İcra başçısı Mərdan Camalzadə iş yerlərini pulla satır deyə mənim kimi imkansız şəhid ailəsi heç vaxt işlə təmin olunmayacaq. Zərdab rayonu zibil işində batıb gedir, təmizlik işləri vaxtlı-vaxtında aparılmır. Ancaq kommunal müəssisələr idarəsində üç yüzdən çox işçi var. Bütün bu neqativ vəziyyəti Mərdan Camalzadə yaratmışdır.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirəm bizi təhqir etdirib döydürmək istəyən (……..) icra başçısı Mərdan Camalzadənin və onun buyruq qulu olan Zinhar Bayramovun barəsində ciddi tədbir görülsün. Həyat yoldaşımın və mənim işlə təmin olunmağıma köməklik göstərilsin.
Əlaqə telefonu; (051) 776-18-21
Redaksiyadan: Şəhid ailələri bizim and yerimizdir və onların hətta haqsız tələblərini belə bəzən yerinə yetirməliyik, ya da təmkinlə “yox” cavabı verilməlidir, təhqirlə deyil. Biz şəhid ailəsinin qaldırdığı problemi rayonun deputatının diqqətinə çatdırırq. Ümid edirik ki, o həmin şəhid ailəsini nəzarətdə saxlayacaq.