Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfərə yola düşüb.
Modern.az xəbər verir ki, Türkiyə dövlətinin başçısını geniştərkibli nümayəndə heyəti müşayiət edir.
Astana şəhərində rəsmi qarşılanmadan sonra Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş olacaq.
Astanada iki qardaş ölkə prezidentlərinin iştirakı ilə Türkiyə-Qazaxıstan Ali Səviyyəli Əməkdaşlıq Şurasının dördüncü toplantısı keçiriləcək.
Prezident Rəcəb Tayyib Ərdoğanın Qazaxıstanın dövlət və hökumət nümayəndələri qarşısında çıxışı nəzərdə tutulub.
Səfər çərçivəsində oktyabrın 13-də Astana şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi də gözlənilir.