Üçtərəfli platformadan ciddi nəticələr gözləyirik

“Azərbaycan, Türkiyə və Qazaxıstanın daxil olduğu üçtərəfli platformadan ciddi nəticələr gözləyirik”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada həmkarı Kasım-Jomərt Tokayevlə birgə keçirdiyi mətbuat konfransında deyib.

 

Ərdoğan qeyd edib ki, müzakirələr zamanı həm də regional əlaqələr barədə danışılıb:

 

“Keçən il Türk Dövlətləri Təşkilatı yaratmağımızdan məmnunam. Gələn ay Özbəkistanda keçiriləcək zirvə toplantısı əlaqələrimizi daha da gücləndirəcək”.

 

Qeyd edək ki, bu il iyunun 27-də Bakıda Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşü keçirilib. Beləliklə, Bakı-Ankara-Astana üçtərəfli platformanın əsasə qoyulub.

Mənbə

Share: