
Haaqada Putin üzərində məhkəmə üçün xüsusi tribunal yaradılır…
“Haaqa tribunalı Putini və Rusiyanın ali siyasi rəhbərliyini cəlb edilə biləcək təcavüz cinayətlərinə baxa bilməz, çünki…”
“Bu səbəbdən də Ukrayna ayrıca beynəlxalq tribunalın yaradılması təşəbbüsü ilə çıxış edib…”
Haaqada Ukraynanın təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin üzərində qonşu ölkəyə qarşı təhrik edilməyən təcavüzə görə məhkəmə üçün xüsusi tribunal yaradılır.
Moderator.az xəbər verir ki, bunun necə və nə zaman olacağı barədə “İndiki zaman” telekanalına xüsusi tribunalın təşkili üzrə Ukrayna işçi qrupunun üzvü Oleq Qavriş danışıb.
Onun sözlərinə görə, tribunalın yaradılmasında müxtəlif ölkələrdən olan hüquqşünaslar, məsələn, Serbiya prezidenti Slobodan Miloşeviç üzərində aparılan prosesdə ittihamçı kimi çıxış edən Britaniyanın kral vəkili Ceffri Nays iştirak edir. Həmçinin onlarla Qərb ölkələri ilə sazişlər imzalanıb.
“Bizim Baltikyanı ölkələrimiz var, bizi Polşa, Böyük Britaniya, Çexiya, Slovakiya, Rumıniya kimi ölkələr bizə dəstək verməyə hazırdır. Bundan başqa, bu tribunal İsveçrə, İslandiya, İrlandiya, Kanadada çox yaxşı qarşılanıb. Yəni kifayət qədər yaxşı tərkib alınır. Lakin biz daha çoxunu istəyirik, bütün Avropa İttifaqının olmasını istəyirik. Biz ABŞ, Yaponiya, Avstraliyanın da olmasını istəyirik. Sonra isə açıq müqavilə olacaq, istənilən ölkə qoşula biləcək”, – Qavriş deyib.
Onun dəyərləndirməsinə görə, beynəlxalq tribunalın yaradılmasının gerçək müddəti bir ildir:
“Bundan sonra çox asandır. Yəni tribunal ali siyasi rəhbərliyin təcavüz cinayətində günahkar olduğuna baxmalıdır. Biz dəqiq əminik ki, onlar şübhəli bilinəcək, onlar şübhə altına alınacaq və həbsinə order veriləcək. Onların alacağı budur”.
Qavrişin sözlərinə görə, əgər həbslərinə order veriləcək adamlar, Putin də daxil olmaqla, tribunala qoşulacaq ölkədə olarsa, onlar həbs ediləcək və tribunalın keçiriləcəyi yerə-Haaqaya gətiriləcək.
“Sivil dünya onları hərbi cinayətkar kimi tanımalıdır. Onlarla heç kim əl verməyəcək, heç kim görüşməyəcək, heç kim onlarla danışmayacaq. Onlar hətta Çinə və ya Türkiyəyə gəlsələr belə, İnterpolun inspektorları onları axtaracaq və onlara, mühafizələrinə, kimə lazımdır kameralar qarşısında həbs üçün order veriləcək”, – Qavriş qeyd edib və vurğulayıb ki, bu halda Rusiyanın fikri tamamilə vacib olmayacaq.
Xatırladaq ki, mart ayında BMT-nin əsas məhkəmə orqanı olan Beynəlxalq məhkəməsi Rusiyadan müharibəni dayandırmağı tələb edib və Rusiya ordusunun Ukrayna ərazisində hərbi cinayətlərini araşdırmaq təşəbbüsü ilə çıxış edib.
BMT-nin xüsusi qrupu may ayında işə başlayıb, sentyabrda rusiyalı hərbçilərin Ukraynada törətdiyi cinayətlərinin sübutlarını təqdim edib.
Lakin Qavriş izah edib ki, hərbi cinayətlərə görə mühakimə edən Haaqadakı Beynəlxalq Kriminal Məhkəməsi, yəni Haaqa tribunalı Vladimir Putini və Rusiyanın ali siyasi rəhbərıyini cəlb edilə biləcək təcavüz cinayətlərinə baxa bilməz.
“Beynəlxalq Kriminal Məhkəməsi prinsipcə təcavüz cinayətlərinə baxa bilər, lakin ölkə gərək Roma Nizamnaməsinə qoşulsun və sazişləri ratifikasiya etsin. Rusiya bunu etməyib və etməyəcək”, – o, dəqiqləşdirib.
MKM bu məsələyə baxa bilmədiyindən Ukrayna ayrıca beynəlxalq tribunalın yaradılması təşəbbüsü ilə çıxış edib.