
Rusiyada 23 yaşlı qız 19 yaşlı hamilə bacısını qətlə yetirib.
Modern.az xəbər verir ki, hadisə yay aylarında Yakutiyada baş verib. Hazırda cinayət işi məhkəmə prosesindədir.
Məlumata görə, iyunun 28-də qız bacısı ilə mübahisə edib və onlar dalaşmağa başlayıblar. Daha sonra qız bıçaqla bacısına vuraraq, onun həyatına son qoyub.
Öldürülən qadının 5 aylıq hamilə olub. Bacısını öldürən qız saxlanılan istintaqa cəlb olunub. Onun barəsində cinayət işi açılıb, iş baxılması üçün məhkəməyə göndərilib.