Moldova parlamentin buraxılması qərarını ləğv etdi

Moldova Konstitusiya Məhkəməsi parlamentin buraxılmasıyla bağlı qəbul etdiyi qərarı ləğv edib.

Milletinsesi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Moldova Konstitusiya Məhkəməsinin sədri Mixay Poalelunj deyib.

Qeyd edək ki, bundan öncə məhz Moldova Konstitusiya Məhkəməsi Demokratik Partiyanın təzyiqi ilə parlamentin buraxılması və Pavel Filipin prezidentin səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edilməsi haqqında qərar qəbul etmişdi.

 

Share: