Yaponiyada güclü zəlzələ

Yaponiyanın Honşu adasının sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı 80 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

 

Share: