“Kadırov ordusunun Rusiya ərazisində rusları öldürməyə başlayacağına az qalıb…” 

Danilov: “Rusiyada artıq ən azı 4 şəxsi ordu var. Gec-tez onlar öz aralarında qarşıdurmaya başlayacaqlar…”

 

 

“Rusiyada kifayət qədər çətin vəziyyət yaranmaqdadır. Bu gün orada ən azı dörd şəxsi ordu meydana çıxır. Onların bir-biri ilə necə əlaqə saxlayacağını, müəyyən işlərdə necə iştirak edəcəyini hələ demək çətindir”.

 

Moderator.az xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov oktyabrın 13-də “NV” radiosuna müsahibəsində belə deyib. 

 

Danilov izah edib ki, Çeçenistanın rəhbəri Ramzan Kadırov, Rusiya Qvardiyasının rəisi Viktor Zolotov, eləcə də “Vaqner”  özəl hərbi  şirkətinin sahibi sayılan rusiyalı biznesmen Yevgeni Priqojinin öz “orduları” var. Dördüncü “ordu” isə  “birbaşa” Rusiyanın müdafiə naziri Sergey Şoyqunun əlindədir…

 

“Bu dörd ordu gec-tez bir-biri ilə qarşıdurmaya girəcək. Mən dəfələrlə vurğulamışam ki, Kadırovun ordusunun Rusiya Federasiyası ərazisində rusları öldürməyə başlayacağı artıq zaman məsələsidir”, – deyə  Ukrayna rəsmisi əlavə edib.

 

Sultan Laçın

Mənbə

Share: