“2023-2030-cu illlər üzrə məşğulluq strategiyası hazırlanmalıdır”

“2023-2030-cu illlər üzrə məşğulluq strategiyası hazırlanmalıdır”

 

Millət vəkili Əli Məsimli bunu Moderator.az-a açıqlamasında  söyləyib.

 

Əli Məsimli bildirib ki, hər dəfə seçicilərlə görüşdən sonra onların qaldırdığı məsələlərlə bağlı aidiyyatı orqanlara müraciət edir. Məktublara operativ cavab verənərlə yanaşı cavabsız qoyanlar da var. Məsələn, bizim Elm və Təhsil nazirliyinə sentyabrın ortalarında göndərdiyimiz məktublara artıq sentyabrın 27-də müsbət cavab gəldi. Şəkinin Baş Layıskı kənd orta mətəbinin əsaslı təmir olunacağı, Cunud kəndində isə modul tipli tam orta məkətbin quraşdırlacağı barədə qaldırdığımız  məsələlərə müsbət cavablara görə Elm və Təhsil nazirinə təşəkkür edirəm. Amma işsizliklə bağlı göndərdiyimiz məktublara belə operativ cavab olmur, bəzi məktublarımızdan isə heç soraq belə yoxdur. Deməli iş yeri yoxdur ki, müsbət cavab verə bilmirlər… Ona görə də aidiyyatı təşkilatları işsizliklə bağlı problemlərə, o cümlədən müraciətlərimizə ciddi yanaşmağa cağırırıq.

 

Əli Məsimli xüsusi vurğulayıb ki, sosial problemlərin çoxu, eləcə də onların kəskinləşməsi xeyli dərəcədə işsizlikdən qaynaqlanır. Ona görə də işsizliyin azaldılması və məşğulluğun artırılması istiqamətində görülən işlərin miqyasları genişləndirilməlidir. Bununla əlaqədar olaraq Əli Məsimli bir sıra təkliflər irəli sürüb: 

 

1.2021-ci ilin rəsmi statistikasına görə, Azərbaycanda 5,3 milyon nəfərdən artıq iqtisadi fəal əhalinin 5 milyon nəfərə yaxını məşğul əhali, 315 min nəfəri isə işsiz hesab olunur. 5 milyon nəfərə yaxını məşğul əhalinin yalnız 1,7 milyon nəfərə və ya yalnız hər 3 nəfərdən biri muzdlu işçidır. İşsizliyin statistikası bu sahədəki real mənzərəni, xüsusən də regionlarda bu sahədə mövcud olan vəziyyəti yetərincə işıqlandırmır. Ona görə də işsizliyin statistikası təkmilləşdirilməli və bu sahədəki real vəziyyətə uyğunlaşdırlmalıdır.

 

2. “Azərbaycan Respublikasının 2023-2030-cu illlər üzrə məşğulluq strategiyası” və bu strategiyanın həyata keçirilməsi üzrə proqram hazırlanıb həyata keçirilməlidir.  

 

3.Hər bir iqtisadi rayonun resurs potensialını nəzərə alaraq sənaye parklarının, sənaye məhəllələrinin, eləcə də hazır məhsul istehsalı ilə məşğul olan müəssisələrin yaradılması zəruridir. Xüsusən də emal müəssisələrinin və xidmət sahələrinin inkişafına nail olmaqla yeni iş yerlərinin sayını xeyli artırmaq olar.

 

4. İslahatları dərinləşdirməklə hamı üçün ədalətli, rəqabət qabiliyyətli mühitin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirilməlidir. Hökumət qurumları insanları tələbata uyğun səviyyədə işlə təmin edə bilmirsə, onda bəzi qurumlar heç olmasa, iş qurmaq, iş yerləri açmaq iqtidarında olan insanlara mane olmamalıdır. Sahibkarlığın qarşısındakı süni maneələr aradan qaldırılmalı, insanlara bizneslə məşğul olmaq üçün əlverişli şərait yaradılmalıdır. 

 

5. Ötən il Sahibkarlığın İnkişaf Fondu xətti ilə 1902 sahibkara 131 milyon manat güzəştlı kredit verilib və həmin kreditin hesabına 3213 yeni iş yeri açılıb. Bunu müsbət qiymətləndirməklə yanaşı həm də qeyd etmək lazımdır ki, həmin məbləğ investisiya tələbatından qat-qat aşağdır və bu əsasda açılan iş yerləri də işsizliyin hazırkı miqyasları fonunda çox kiçik rəqəmdir. Sahibkarlıq fəaliyyətinin, xüsusilə KOS-ların iqtisadi həvəsləndirilməsi işləri, o cümlədən sahibkarlığa dəstək üçün yaradılmış fondun hayata keçirdiyi işlər genişləndirilməlidir. Yeni iş yerləri açan sahibkarlara əlvərlişli şərtlərlə kredit verilməsi və digər dəstək tədbirləri tətbiq olunmalıdr. 

 

6.Regionlara sərmayenin cəlb edilməsinin miqyaslarının genişləndirmək və ondan istifadənin səmərəlilyini artırmaq və bu əsasda perspektivli köhnə iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması istiqmətində təsirli tədbirlər görmək lazımdır. Hər il iqtisadiyyata yönəldilən 15-16 milyard manatlıq sərmayənin cəmi 10 faizini yəni heç olmasa 1,5 milyard manatını, bu ilin 7 ayının göstəricilərinə görə 19 milyard manata yaxınlaşan kreditlərin də cəmi 10 faizini, yəni heç olmasa 2 milyard manatını əlverişli şərtlərlə, şəffaflıq və hesabatlılıq şəraitində regionlarda rəqabətə davamlı, perspektivli iş yermərinin açılmasına yönəldilməsi təmin edilməlidir. ”Təmiz sərmayə-təmiz nəticə” baxımından bu əsada yerlərdə işsizliyin azaldılması və məşğulluğun dairsinin genişləndirilməsi istiqamətində indiyəcən görünməmiş müsbət nəticələr əldə etmək olar.

 

7.Təhsil sistemi ilə məşğulluğun əlaqəli inkişafı sahəsində təsirli tədbirlər görülməlidir. Təhsilə ayrılan vəsaitin cəmi 1,6 faizi peşə təhsilinə yönəldilir. Peşə-ixtisas hazırlığında müasir üsullardan istifadə edərək, müasir tələblərə uyğun kadr potensialının hazırlanmasının dairəsi genişləndirilməlidir. İşçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, onların yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üzrə çəkilən xərclər simvolik xarakter daşıyır və işçilərin peşə hazırlığının artırılmasına çəkilən xərclərin ümumi əmək xərclərində xüsusi çəkisi cəmi 0,1 faiz təşkil edir. Müasir tələblərə cavab verən işçilərin hazırlanması işi, onun maliyyə təminatı gücləndirilməli və bu əsasda ölkəmizdə yüksək gəlirli iş yerlərinin və orta təbəqənin dairəsinin genişləndirilməsinə ciddi zəmin yaradılmalıdır.

Mənbə

Share: