“Tarixdə heç bir despotik rejim müasir Çin qədər resurslara malik olmayıb…”

Si Tszinpin Çində müddətsiz rəhbərliyə doğru addımlayır…

 

“Si Tszinlinin üçüncü müddətə seçilməsi Mao Tszedun dönəmindən onu ən nüfuzlu Çin siyasətçisinə çevirəcək…”

 

“Qarşıda Çini səriştəli, praqmatik və proqnozlaşdırlan rejimdən açıq diktaturaya keçid gözləyir…”

 

“Si Tszinpin Çini böyük dövlətə çevirmək istəyir, lakin onun avtoritarizmi ölkənin təcridinə gətirib çıxarıb…”

 

 

Çində hər onillikdə yalnız iki dəfə keçirilən və Çin siyasi təqviminin ən mühüm hadisəsi olan Kommunist Partiyasının 20-ci qurultayı başlayıb.

 

Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.

 

Çinin hər yerindən təxminən 2300 nümayəndə Pekin xalq məclislərinin Böyük salonunda bir həftəliyə toplanıb, partiyanın ali rəhbərliyini təyin edəcək, Konstitusiyaya dəyişiklik edəcək və ölkənin növbəti beş il müddətinə siyasətinin əsas istiqamətlərini təsdiq edəcək.

 

Nümayəndələrin həll edəcəyi ən vacib məsələ partiyanın baş katibi Si Tszipinin misli görünməyən üçüncü müddətə öz postunu tutmağa imkan verməsi olacaq. Gözlənilir ki, partiya buna “yaşıl işıq” yandıraraq, Siyə öz əllərində daha çox hakimiyyəti cəmləşdirməyə imkan verəcək və onu, ola bilsin,  partiyanın əsasını qoyan Mao Tszedun dönəmindən bəri ən nüfuzlu Çin siyasətçisinə çevirəcək.

 

Bu, onun iki sələfi-Hu Tszintao və Tszyan Tszeminin iki beşillik müddətdən sonra hər birinin baş katib postundan imtina etməsi kimi müəyyən etdikləri normanı pozacaq.

 

Hələ bu yaxınlaradək rəsmi partiya tarixində Mao dönəmində mütləq hakimiyyət atributlarının ölkəni az qala məhvinə gətirib çıxaracağı həqiqət kimi qəbul edilib. Bu problem prezidentlik müddətinin məhdudlaşdırılması, partiya sədri vəzifəsinin ləğv edilməsi ilə həll edilib, Si Tszinpin dönəmində onların hamısı  qüvvədən salınıb.

 

“Üçüncü müddətə daxil olarkən Si həlledici postlara kadrların seçilməsində güclü mövqelərə malikdir”, – bunu Amerikanın strateji və beynəlxalq araşdırmalar Mərkəzində “Çin hakimiyyəti” layihəsinin elmi əməkdaşı Brayan Hart deyib.

 

Partiyanın baş katibi vəzifəsi ilə yanaşı, Si Tszinpin daha iki mühüm vəzifə daşıyır. O, ÇKP Mərkəzi Hərbi Komissiyasının sədri və ÇXR prezidentidir. Birincisi Silahlı Qüvvələrə nəzarət etməyə imkan verir, ikincisi onu dövlət başçısı edir.

 

Gözlənilir ki, Si öz siyasi bazasını möhkəmlədəcək, partiyanın elit rəhbər orqanlarında-Siyasi Büroda və Siyasi Büronun Daimi Komitəsində boş yerlərə öz tərəfdarlarını təyin edəcək. Nəzəri cəhətdən ən yüksək vəzifələri yüzlərlə MK üzvləri seçəcək.

 

Sinin hakimiyyətinin davam etməsi o deməkdir ki, Çinin gələcəyi ilə bağlı Pekinin siyasəti dəyişməz qalacaq. ABŞ-la qarşıdurma, dövlət-bazar münasibətlərinə baxış, Tayvanla bağlı məcburetmə siyasəti, Moskva ilə strateji münasibətlər, iqtisadi dövlət quruculuğuna yanaşma prinsipial olaraq dəyişməyəcək.

 

Lakin qarşıda Çini ciddi dəyişikliklər gözləyir, bu da səriştəli, praqmatik və proqnozlaşdırılan rejimin açıq diktaturaya keşməsidir. Təkcə elə COVİD-19 pandemiyası zamanı Çin “sıfır kovid” siyasəti yeridən yeganə ölkə olduğu buna sübutdur. Dünya bu virusla yaşamağı öyrəndiyi zaman Çində hələ də uzunmüddətli karantinlər hökm sürür, bu da Çin iqtisadiyyatı və istehsalını sarsıdır. Nəticədə bu il ÜDM-in artımı 2-3 faiz təşkil edəcək, bu da son onillikdəki 6-7 faizdən xeyli azalma deməkdir.

 

Si Tszinpin Çini böyük dövlətə çevirmək istəyir, lakin onun avtoritar davranışları ölkənin təcridinə gətirib çıxarıb. İnternetdə senzura ideyalar mübadiləsini ləngidir. Ölkəyə giriş və ölkədən gediş məhduddur. Dünyadan təcrid edilən Çin az dinamik və az yaradıcı olacaq. Hətta yüksək texnoloji məhsulların və dərmanların işlənib hazırlanması ideoloji və intellelektual azadlıq olmadan proqresi ləngidəcək. Amerika firmaları eyni məsrəflə Çin həmkarlarına nisbətən iki dəfə çox innovasiyalar istehsal edir.

 

Bununla yanaşı, Qərb dünyası Çində hadisələrin inkişafını həyəcanla izləyir və bu, əbəs yerə deyil. Tarixdə heç bir despotik rejim müasir Çin qədər resurslara malik olmayıb. Onun iqtisadiyyatı nə qədər güclü olarsa, onun geosiyasi gücü bir çox olacaq.

 

Lakin koronavirus pandemiyası göstərib ki, rəhbərliyin səhvləri nəticəsində onun zəifləməsi təkcə Çin üçün deyil, dünyanın tədarüklər zəncirinə, enerjidaşıyıcılarının qiymətinə və bütövlükdə dünya iqtisadiyyatına təhlükə törədir.

Mənbə

Share: