İran Azərbaycanla sərhəddə hərbi təlimlərə BAŞLADI

Bu gün səhər saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının hərbi təlimləri başlayıb.

Modern.az xəbər verir ki, İRNA agentliyinin məlumatına görə, təlimlər İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Araz bölgəsində keçirilir.


“Bu təlimlərin qonşu ölkələr üçün mesajı sülh, dostluq və təhlükəsizliyin möhkəmləndirilməsi, düşmənlər üçün isə İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumağa və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır”, – deyə general Hakpur vurğulayıb.

 

Qeyd olunur ki, təlimlər SEPAH-ın Quru Qoşunlarının döyüş hazırlığının artırılması məqsədilə illik cədvəl üzrə keçirilir.

 

SEPAH Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur deyib ki, bu təlimlər müxtəlif mərhələlərdən ibarətdir: yüksəkliklərin tutulması, paraşüt-vertolyot əməliyyatı, gecə hücum əməliyyatı, helikopter döyüş əməliyyatı, döyüş və ölümcül pilotsuz təyyarə əməliyyatı, həmçinin Araz çayı üzərində körpünün tikintisi, kommunikasiya xətlərinin tutulması və idarə edilməsi.

Mənbə

Share: