TDT XİN Şurasının iclasında müzakirə olunan məsələlər açıqlandı

“Təhlükəsizlik və rifah üçün birlikdə addım atacağıq”. 

 

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib. 

 

O, toplantının gündəliyinin zəngin olduğunu deyib: “Əsas işimiz Səmərqənd zirvəsinə hazırlıq idi. Bu gün türk dünyası qlobal geosiyasətin mərkəzindədir. Türk dünyası Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirir”. 

 

M.Çavuşoğlunun sözlərinə görə, iclasda həm də regiondakı durum barədə fikir mübadiləsi aparılıb: “Ukraynadakı, Qafqazlardakı durum barədə danışdıq. Azərbaycan Vətən müharibəsində əldə etdiyi qələbədən sonra Cənubi Qafqazdakı vəziyyət barədə müzakirə apardıq”.

 

12:49

 

İstanbulda Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilir.

 

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, eləcə də müşahidəçi ölkələr olan Macarıstan və Türkmənistanın xarici işlər nazirləri iştirak edirlər.

 

İclasda əsasən noyabrın 11-də Səmərqənddə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısına hazırlıq məsələləri müzakirə edilir.

 

Mənbə

Share: