Ukraynada artilleriya divizionuna rəhbərlik edən və özünü “polkovnik-leytenant” adlandıran qondarma “DXR”in baş yaraqlısı Vladimir Şeyko gəbərdilib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Ştirlitz” ləqəbli zabiti Anatoli Ştefan məlumat çatdırıb.
“…”Ayı” ləqəbli Vladimir Şeyko psevdopolkovnik, orkların 1-ci artilleriya divizionunun komandiri uğurla “tərxis olundu”..”, – deyə “Ştirlits” bildirib.
O, yaraqlının məhv edilməsinin təfərrüatlarını açıqlamayıb.
Terrorçu Şeyko əvvəllər ibtidai istintaq orqanlarından gizlənən şəxs kimi Ukrayna Cinayət Məcəlləsinin 260 -cı( Ukrayna qanunlarında nəzərdə tutulmayan hərbiləşdirilmiş birləşmələrin yaradılması və ya onların fəaliyyətində iştirak) maddəsi ilə axtarışa verilmişdi.
Sultan Laçın