Britaniyanın müdafiə naziri Ben Uolles bu gün səhər ABŞ-a səfər edib.
Modern.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti yazıb.
Nazirliyin sözçüsünün məlumatına görə, Uolles ABŞ-da Ukraynaya yardım məsələlərini müzakirə edəcək.
“ABŞ, bizim kimi, Ukraynanın əsas müttəfiqlərindən biri olub və aparıcı rol oynayıb, ona görə də bu, Müdafiə Nazirliyinin rəhbərinin həmkarları ilə görüşməsi və gələcək dəstək yollarını müzakirə etmək üçün fürsətdir”, – nazirin sözçüsü bildirib.
Nazirin ABŞ-a planlaşdırılmamış səfəri ilə əlaqədar parlament üzvləri qarşısında çıxışı təxirə salınıb.
Akif İsmayılov.