“Fransa Azərbaycanla Ermənistan arasında sülh üçün işlər görür”.
Modern.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviter hesabında bildirib.
“Fransa Xarici İşlər Nazirliyi dünən bir daha bu məsələni təsdiqlədi. Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Praqadakı görüşü və qəbul etdikləri birgə bəyanat bu məqsədə doğru bir addımdır. Fransa Avropa İttifaqının sülh sazişi üzrə danışıqlarını dəstəkləyir”,- deyə səfir vurğulayıb.
Xatırladaq ki, bu yaxınlarda prezident Makron “France 2” telekanlına müsahibəsində anti-Azərbaycan və qatı ermənipərəst mövqeyindən çıxış edib. Makron müsahibəsində Qarabağı “mübahisəli ərazi” adlandıraraq deyib ki, bu bölgə Ermənistanın “ürəyidir”.
Fransa prezidenti bir az da irəli gedərək, Azərbaycanın Qarabağı “dəhşətli müharibə” apararaq “işğal” etdiyini söyləyib. O, Ermənistanı sona qədər tək qoymayacaqlarını bəyan edib. O, Azərbaycanın Avropaya qaz satmasının heç bir güzəştə əsas vermədiyini də vurğulayıb:
“Fransa Azərbaycandan qaz almır, bir neçə Avropa ölkəsi ilə qaz razılaşmaları var. Mən Fransa və Avropanın mövqeyi haqda deyə bilərəm ki, “bizim dəyərlərimiz və prinsiplərimiz” nə qazla, nə neftlə satın alınır”, – Makron deyib.
Makronun təxribatçı fikirlərindən sonra Fransa səfirinin sülh paylaşımı münasibətdəki soyuqluğun aradan qaldırılması istiqamətində atılmış addım kimi qiymətləndirilir.