Ermənilər işğal altında qalan ərazilərimizi sıx şəkildə minalarla çirkləndirilib.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
V.Süleymanov bildirib ki, Ermənistanın təqdim etdiyi mina fomulyarların cəmi 2 faizi səmərəli olub. O qeyd edib ki, keçmiş təmas xətti daha çox minalanıb:
“Minatəmizləmə əməliyyatları zamanı elə ərazilər aşkarlandı ki, 1 kvadratmetrdə 8 mina tapıldı. Horadiz-Ağbənd dəmir yol xətti çəkilərkən minatəmizləmə zamanı 50 kvadratmetr ərazidə 30 tank əleyhinə plastik mina tapılmışdı. Yəni ermənilər ərazilərimizi çox sıx şəkildə minalayıb”.