Dədə Süleymanın ayağı qanqrena edib

“Gözəl xanəndə, misilsiz səs sahibi, adı gələndə hamının “ustad” deyə çağırdığı, böyük bir xanəndə ordusunun müəllimi olmuş Dədə Süleymanın bu gün köməyə və dəstəyə ehtiyacı var…”.

 

Modern.az-ın məlumatına görə, bunu tanınmış teleaparıcı hacı Nuran Hüseynov qocaman sənətkarın hazırkı sağlıq durumu barədə bildirib.

Onun sözlərinə görə, ömrünün ahıl çağını yaşayan Dədə Süleymanın (Abdullayev) səhhətində ciddi problemlər var.

 

“Ayağı qanqrena edib. Vəziyyətindən xəbər tutan kimi dostum, müğənni Ağadadaş Ağayevlə ona baş çəkməyə getdik… 83 yaşlı sənətkarın vəziyyəti heç də ürəkaçan olmasa da, həyata optimist baxır. Tezliklə xəstəxanaya yerləşdiriləcəyini dedik. Əslində bunu qızı Aygün xanım çoxdan etmək istəyirmiş. Amma Dədə Süleyman razı olmurmuş. Bizdən isə keçə bilmədi. Ağadadaş Ağayevə də, mənə də söz verdi ki, həkim müayinəsinə gedəcək.  Düzdür, vəziyyəti kritikdir. Ayağı qanqrena edib. Ayağını qurtarmaq mümkün olacaqmı, bilmirik… Amma dualarımızı da əsirgəmədik. Əsas odur, onu yola gətirib, razı salmağı bacardıq. İnşallah, Dədə Süleyman tezliklə sağalar və hələ də təravətini itirməyən səsi ilə bizə bir Qarabağ şikəstəsi ifa edər”, – hacı Nuran bildirib.

Mənbə

Share: