Türkiyənin Bodrum rayonunun Muğla sahillərində, Aralıq dənizində gəmi batıb.
Trend-in məlumatına görə, gəminin qanunsuz miqrantları apardığı qeyd edilir.
Məlumata görə, Türkiyə sahil mühafizə xidməti əməkdaşları 31 nəfəri xilas etməyə müvəffəq olublar. Xilas edilənlər arasında qadınlar və azyaşlılar olduğu bildirilir.
Ümumilikdə, qəza anında gəmidə 40 qanunsuz mühacir olduğu deyilir. Hazırda digər şəxslərin dəniz sularında axtarışları davam etdirilir.
Qəzanın hansı səbəbdən baş verməsi isə məlum deyil.