Bu payız daha sağlam olmaq üçün 5 mövsümi məhsuldan istifadə edin…

Payız fəsli gəlib və biz sizə yay meyvələrinin bolluğundan istirahət edib, bəzi mövsümi məhsulları təklif edirik. Onlar həm dadlıdır, həm də bizi daha sağlam edəcəkdir. 

 

Moderator.az xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.

 

Bəzi meyvə və tərəvəz payızda qida rasionunu yaxşılaşdırmaq imkanına malikdir. İnanın ki, sağlam qidalanmya təkan vermək üçün qrip və soyuqdəymə mövsümünün başlanğıcından daha yaxşı zaman yoxdur. 

 

Beləliklə, qarşıdakı aylarda boşqabımıza nə qoymalıyıq?

 

Boranı

 

Boranı karbohidrat və qida liflərinin əla mənbəyidir. Onların tərkibində A və C vitaminləri, lyütein və zeaksantin kimi karotinoidlər var ki, onlar da gözlərin sağlamlığına kömək edir.

 

Boranın tərkibində olan inqridiyentlər qabığa yaxın yerləşdiyindən onu təmizlənmədən yemək tövsiyyə edilir.

 

Boranı toxumları sink kimi minerallarla zəngindir, bu da maddələr mübadiləsinə müsbət təsir edir. Əgər sizin yuxu ilə bağlı probleminiz varsa, boranı toxumunun tərkibinsə triptofan amin turşusu var ki, o da sizə rejiminizi qaydaya salmağa kömək edəcək. 

 

Avokado

 

Avokadonun tərkibində çoxlu miqdarda qida lifləri var ki, onlar da “pis” xolesterinin miqdarını aşağı salır “yaxşı” xolesterinin miqdarını yüksəldir. Armudu xatırladan bu yaşıl meyvələr tərkibində kaliumun miqdarı çox natrium miqdarı az olduğuna görə hipertoniya xəstəliyində arteriial təzyiqi sabitləşdirir.

 

Avokadonun tərkibində çoxlu miqdarda amin turşuları, həmçinin A, B, C,

E, K vitaminləri və fol turşusu var. Bundan başqa, kalsium, moqnezium, sink, dəmir və kalium kimi vacib minerallar var.

 

Avokado arıqlamaq üçün faydalıdır. Gündə yarım meyvə istifadə etməklə çəkini azalymaq olar. Çünki bir tərəfdən avakado qanda şəkərin miqdarını artırmır, digər tərəfsən tərkibində qida lifləri olduğuna görə doyma hissi yaradır.

 

Rəngli kələm

 

Rəngli kələmin tərkibində çoxlu miqdarda vitamin, minerallar, antioksidantlar var, onlar iltihab əleyhinə, xərçəng əleyhinə xüsusiyyətlərə malikdir, beynin işini yaxşılaşdırır, ürək-damar xəstəliklərindən qoruyur, artıq çəkidən xilas edir. 

 

Rəngli kəlım kartof püresini və düyünü əvəz edə bilər. Kələmdən çox istifadə edilməsi ürək-damar xəstəlikləri və ölüm riskini 31 faiz aşağı salır.

 

Tərkibində olan fitokimyəvi maddələr, alimlərin fikrinə görə, orqanizmi xərçəng xəstəliyindən qoruyur.

 

Şirin kartof 

 

Boranı kimi şirin kartofun da parlaq-çəhrayı rəngi tərkibində olan karotinoudlərlə bağlıdır, bu da görməyə və gözlərin sağlamlığına müsbət təsir edir.

 

Onun tərkibində çoxlu miqdarda beta-karotin var, bu da xərçəng riskini və DNT-nin quruluşunu dağıda biləcək oksidləşmə proseslərini aşağı salır. Beta – korotin həmçinin A vitamini mənbəyidir, bu da immun sistemini möhkəmləndirir.

 

Şirin kartofun tərkibində C vutamini, qida lifləri, marqans və maqnezium var. Bunlar da orqanizmdə maddələr mübadiləsində iştirak edir.

 

Şirin kartof kalium ilə zəngindir, bu da əzələləri möhkəmləndirir, ürəyin sağlamlığı və sinir sistemi üçün faydalıdır. Bundan başqa, ürək-damar xəstəlikləri, hipertoniya, diabet, miqten və əzələ spazmının qarşısını alır.

 

Almalar

 

Almalar bizim masamızın üstündə bütün il boyu olur. Lakin məhz payız aylarında onlar daha dadlı olur. Almanın tərkibində fitokimyəvi maddəlır var, bunlar karotionidlər, flavonoidlər və fenol turşuları kimi bitki biləşmələridir.

 

Alimlərin tədqiqatı almaların istifadəsi ilə bəzi xərçəng növləri, ürək-damar xəstəlikləri, astma və diabet riskinin azalması arasında əlaqəni müəyyən edib.

 

Almalar meyvələrin içində ən çox pestisidlərin təsirinə məruz qaldığından, onları istifadədən qabaq yaxşıca yumaq lazımdır. 

Mənbə

Share: