Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində 15 dəqiqə gecikmələr müşahidə olunub.
Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Milletinsesi.az-a bildirib ki, gecikməyə səbəb qatarların birində yaranmış texniki nasazlıq olub:
“Həzi Aslanov” – “İçərişəhər” xətti üzrə hərəkət edən qatar “Xalqlar dostluğu” stansiyasında dayanarkən texniki nasazlıq yaranıb. Nəticədə sərnişinlər həmin stansiyada boşaldılıb və qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar buraxılıb. Baş vermiş problem nəticəsində qatarlar arasındakı intervalda 15 dəqiqə fasilə yaranıb. Hazırda intervalın bərpası üçün tədbirlər görülür”.