Aİ Ukraynaya ayda 1,5 milyard avro verəcək

Avropa İttifaqı (Aİ) 2023-cü ildə Ukraynaya ayda 1,5 milyard avro ayıracaq.

 

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Aİ liderlərinin sammitindən sonra bildirib.

 

O qeyd edib ki, Aİ bu il artıq Ukraynaya 19 milyard avro ayırıb. Von der Leyen deyib ki, Aİ Ukraynaya su və elektrik təchizatını bərpa etməkdə kömək etməyi də nəzərdən keçirir.

 

Akif İsmayılov

Mənbə

Share: