Premyer Liqada XIV turun oyun CƏDVƏLİ

Premyer Liqada XIV turun oyun CƏDVƏLİ

Azərbaycan Premyer Liqasında XIV turun oyun cədvəli məlum olub.

 

Modern.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun ilk oyunu noyabrın 11-də Şamaxı şəhər stadionunda “Şamaxı” “Sumqayıt” (14:30) komandaları arasında olacaq.

 

Noyabrın 12-də Zirə İdman Kompleksinin stadionunda “Zirə” – “Səbail” (16:00), saat 18:30-da “Bakcell Arena”da “Neftçi” – “Qəbələ” matçı keçiriləcək.

 

Gəncə şəhər stadionunda “Kəpəz” – “Turan Tovuz” oyunu noyabrın 13-də saat 14:30-da baş tutacaq. Gün digər qarşılaşması isə “Sabah” “Qarabağ” komandaları arasında “Bank Respublika Arena”da saat 17:00-da təşkil ediləcək.

Mənbə

Share: