Əhalinin əhəmiyyətli hissəsi müvəqqəti olaraq Rusiya tərəfindən işğal edilmiş Xersonu tərk edib.
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 22-də “Facebook”-da məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, əhalinin əhəmiyyətli hissəsi Xersonu tərk edib. Şəhərdə qalan Rusiya işğalçıları mülki paltar geyinərək tərk edilmiş evlərə yerləşilər. Düşmən Xersonu küçə döyüşlərinə hazırlayır”, – məlumatda deyilir.
Həmçinin oktyabrın 21-dən etibarən işğalçılar Kaxovka xəstəxanasının binalarını xəstələrdən və tibb işçilərindən azad etmək üçün tədbirlər görür.
“Enerqodar (Zaporojye vilayəti) şəhərində Rusiya hərbçiləri yaşadıqları tərk edilmiş mənzilləri və otelləri qarət edirlər”, – Baş Qərargah əlavə edib.
Sultan Laçın