“Azərbaycanın beynəlxalq kredit reytinqinin investisiya səviyyəsinə yüksəldilməsi vaxtı çatıb”

“Fitch Ratings” beynəlxalq kredit reytinq agentliyi tərəfindən bir qədər gec də olsa, Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqi üzrə proqnozunun “sabit”dən “pozitiv”ə yüksəldilməsi düzgün addım kimi qiymətləndirilir”.

 

Bunu maliyyə naziri Samir Şərifov oktyabrın 21-də “Fitch Ratings” tərəfindən Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BB+” səviyyəsində bir daha təsdiq edilərək proqnozun “sabit”dən “pozitiv”ə yüksəldilməsini şərh edərkən bildirib.

 

“Bununla da hesab edirik ki, Azərbaycanın beynəlxalq kredit reytinqinin əvvəllər olduğu kimi investisiya kredit reytinqinə qədər yüksəldilməsinin vaxtı çatıb”, – deyə maliyyə naziri bildirib.

 

S.Şərifov qeyd edib ki, bu geçikmiş olsa da, ilk addımdır və ardının gəlməsini arzu edirik: “Maliyyə Nazirliyi ümid edir ki, digər beynəlxalq kredit reytinq agentlikləri də tezliklə analoji addımı atacaqlar”.

Mənbə

Share: