Almaniya kansleri Olaf Şoltz Rusiya prezidenti Vladimir Putinin onunla ikitərəfli danışıqlar zamanı Ukraynada münaqişəni genişləndirməklə hədələməsi barədə mətbuatda yayılan məlumatları yalan adlandırıb.
Modern.az “TASS”a istinafən xəbər verir ki, Şoltz üzrlü səbəblərdən Rusiya prezidenti ilə apardığı söhbətlərin məzmununu açıqlamayıb.
“Ancaq bu söhbətlər zamanı iddia edilən təhdidlər haqqında oxuduğum xəbərlər həqiqətə uyğun deyil”, – Şoltz bəyan edib.